Prezident İlham Əliyev: “Azərbaycan Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcək”

17:57 21 Yanvar 2015
69 Ölkə
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 17:50 ]

“Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası gələn ay Bakıda keçiriləcək

Berlin. Fuad Qulubəyli - APA. “Azərbaycan enerji sahəsində öz rolunu oynayır, öz təşəbbüslərini irəli sürür. 2012-ci ildə TANAP layihəsinin, 2013-cü ildə TAP layihəsinin, ötən il isə “Cənub qaz dəhlizi” layihəsinin təməli qoyulub”.

 

APA-nın Azərbaycan prezidentinin Berlin səfərini izləyən xüsusi müxbirinin verdiyi məlumata görə, bunu prezident İlham Əliyev bu gün Almaniyanın federal kansleri Angela Merkellə görüşdən sonra keçirilən birgə brifinqdə deyib.

 

Dövlət başçısı qeyd edib ki, Azərbaycan özü bu layihələrin təşəbbüskarıdır və layihələrin maliyyələşdirilməsinin böyük bir hissəsini də üzərinə götürüb.

 

Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığı davam etdirəcəyik. “Cənub qaz dəhlizi”nin I Məşvərət Şurası gələn ay məhz Azərbaycanda keçiriləcək”, - deyə prezident vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369858

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR