Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib

Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib
17:58 21 Yanvar 2015
64 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasında Türkiyənin ölkəmizdəki səfiri İsmail Alper Coşkunla görüş olub.
Şuradan AzərTAc-a bildiriblər ki, görüşdə Azərbaycan və Türkiyə QHT-lərinin əməkdaşlıq imkanları müzakirə edilib, vətəndaş cəmiyyəti institutlarının milli mövzularda fəaliyyətinin əlaqələndirilməsi mexanizmləri ilə bağlı fikir mübadiləsi aparılıb.
İsmail Alper Coşkun Şuranın və ölkəmizin QHT sektorunun fəaliyyətini diqqətlə izlədiklərini bildirib.
Azay Quliyev rəhbərlik etdiyi qurumun vətəndaş cəmiyyətinin inkişafı istiqamətində 2014-cü ildə həyata keçirdiyi işlər haqqında məlumat verib. O, qarşıdakı dövrdə də Azərbaycan dövlətinin QHT-lərə hərtərəfli dəstəyinin davam edəcəyini vurğulayıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_ve_Turkiye_QHT_lerinin_emekdasliq_imkanlari_muzakire_edilib-826448

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR