Rus təyyarələri bombaladı

Rus təyyarələri bombaladı
23:01 25 Dekabr 2014
219 Dünya
Ölkə mətbuatı
A- A+

İraq ordusu İŞİD-ə qarşı Rusiyadan aldığı Su-25 bombardmançı təyyarələrini ilk dəfə olaraq istifadə etməyə başlayıb.

ANS PRESS-in məlumatına görə, təyyarələr Tiqrit səmasından terrorçuların mövqelərini bombardman edib. Havadan əməliyyatlar əsasən Yatrib rayonu üzərində həyata keçirilib.

İraqın "Əs-Sumariyya" telekanalının yaydığı xəbərə görə, Su-25 təyyarələrin bombradmanı zamanı terrorçular qaçmağa başlayıb. Lakin ölən və yaralananlar barədə hələlik heç bir məlumat verilmir.

Qeyd edək ki, bir neçə gün əvvəl İraq təhlükəsizlik qüvvələri Tiqrit yaxınlığında hərbi əməliyyatlara başlayıb.

Onu da qeyd edək ki, bu ilin iyun ayında Rusiya İraqa Su-25 bombardmançı təyyarələrini İraqa satmışdı. Təyyarələr məhz İŞİD-ə qarşı mübarizə üçün alınmışdı.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=316311

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR