Ekoloqlar: dənizdə həyat 150 ildən sonra yox ola bilər

Ekoloqlar: dənizdə həyat 150 ildən sonra yox ola bilər
17:58 21 Yanvar 2015
97 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
ABŞ-ın bir neçə universitetinin ekoloq və bioloqları həyəcanlı və düşündürücü açıqlama veriblər.
AzərTAc Rusiya KİV-lərinə istinadən xəbər verir ki, tədqiqatçıların sözlərinə görə, gündən-günə artan insan fəaliyyəti son nəticədə dənizlərdə həyatın yox olmasına gətirib çıxaracaq. Alimlər bildiriblər ki, insanlar öz hərəkətlərinə nəzarət etməsələr və təbiəti qorumaq barədə düşünməsələr, 150 ildən sonra dünya okeanındakı canlılar və bitkilər məhv ola bilər. Tədqiqatçılar artıq okeanlarda həyatın yox olmasının ilk əlamətlərini də qeyd ediblər. Buna misal olaraq mərcan qayalıqları göstərilib. Okeanların həyat fəaliyyətində böyük rol oynayan mərcan qayalıqlarının artıq 40 faiz azaldığı qeyd edilib.
Tədqiqatçılar əlavə ediblər ki, dəniz faunasının məhv olmasında temperaturun yüksəlməsi da başlıca rol oynayır. Belə ki, dəniz canlıları yaşamaq üçün daha sərin yer axtarmağa məcbur olur.
Alimlər daha sonra bildiriblər ki, dəniz dibindən və okeanlardan faydalı mineralların çıxarılması suların çirklənməsinə səbəb olur. Bu da dənizdə həyatın yox olmasına gətirib çıxarır.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ekoloqlar_denizde_heyat_150_ilden_sonra_yox_ola_biler-826450

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR