Siçanları ev heyvanı kimi saxlamaq olmaz!

18:03 21 Yanvar 2015
378 Maraqlı
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Məftun Salmanov/

Kanadada siçanların ev heyvanı kimi saxlanılmasına qadağa qoyulub.

Trend-in Türkiyənin "Sabah" qəzetinə istinadən verdiyi məlumata görə, buna səbəb ölkənin Alberta vilayətində siçanların həddən artıq çoxalması olub.

4,5 milyonluq əhalisi olan vilayətdə gəmiricilərlə mübarizə aparmaq məqsədilə "qaynar xətt" yaradılıb.

Siçanların çoxalması bəzi yoluxucu xəstəliklərin artmasına, əkin sahələrinin xeyli ziyan görməsinə səbəb olub. Vilayətin 29 kvadrat kilometr sahəsi siçanların "nəzarəti altındadır".

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/interestingly/2355690.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR