AZAL-ın daha bir rəqibi müəyyənləşdi

AZAL-ın daha bir rəqibi müəyyənləşdi
18:12 21 Yanvar 2015
158 İdman
Ölkə mətbuatı
A- A+

AZAL “Sumqayıt”la yoldaşlıq görüşündən sonra yenidən bir araya gəlib. Fanat.az xəbər verir ki, bir günlük istirahətdən sonra məşqlər bərpa edilib. 


“AZAL Arena”da baş tutan bugünkü hazırlığın əvvəli fiziki, ikinci hissəsi isə taktiki-texniki yöndə olub. Məşq standart vəziyyətlər üzərində işlənməsi ilə yekunlaşıb.


Məşqdə uzun fasilədən sonra komandanın bütün üzvləri birgə çalışıb. Belə ki, qapıçı Ruslan Məcidovla yarımmüdafiəçi Viktor İbekoyi zədəsini sağaldaraq ümumi qrupda məşq edib


Bu arada AZAL-ın yoxlama oyunu keçirəcəyi daha bir kimanda müəyyənləşib. "Təyyarəçilər" yanvarın 24-də I divizion təmsilçisi "Şuşa" ilə qarşılaşacaq.


Qeyd edək ki, təlim-məşq toplanışını Bakıda keçirən AZAL artıq 3 yolxama oyunu keçirib: "Qaradağ Lökbatan" 2:2, "Sumqayıt"la 0:0 hesablı heç-heçə edən təyyarəçilər digər oyunda "Sumqayıt"a qalib gəlib - 1:0. AZAL sabah dördüncü oyununu "Bakı"ya qarşı keçirəcək.


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-azal-n-daha-bir-rqibi-muyynldi-t17676.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR