Bakı. Aynur Əliyeva - APA-Economics. “Azərbaycan Hava Yolları” QSC (AZAL) yeni aksiyaya start verib.
AZAL-dan “APA-Economics”ə verilən məlumata görə, Bakı-Minsk-Bakı və əks-istiqamətdə uçuşlar 315 avroya həyata keçirilir.
Qeyd edək ki, həftənin II və VII günləri AZAL-ın Bakı-Minsk istiqamətində uçuşları saat 08:40-da, həftənin IV və VII günləri isə Belarusun “Belavia” şirkəti 04:35 radələrində yerinə yetirir.