Google və Fidelity korporasiyaları peyk internetinin yaradılmasına böyük məbləğdə vəsait ayırıblar

Google və Fidelity korporasiyaları peyk internetinin yaradılmasına böyük məbləğdə vəsait ayırıblar
18:23 21 Yanvar 2015
117 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Google və Fidelity Investments korporasiyaları SpaceX kosmik kompaniyasına bir milyard dollar həcmində investisiya yatırıblar. Bu da onlara həmin kompaniyanın aksiyalarının 10 faizini əldə etməyə imkan verib. Bloomberg agentliyi sövdələşmə barədə SpaceX kompaniyasının başçısı Elon Maskın məlumat verdiyini bildirib.
AzərTAc RİA Novosti informasiya agentliyinə istinadla xəbər verir ki, vəsait SpaceX kompaniyasına ümumdünya peyk internetinin yaradılması üzrə layihəyə başlamağa imkan yaradacaq.
Elon Maskın sözlərinə görə, ümumi xərci 10 milyard dollar olan layihənin reallaşdırılması üçün orbitə 4 min peyk buraxılmalıdır. Mənzil-qərargahı Sietldə yerləşən layihəyə ilkin olaraq 60 mütəxəssis cəlb olunacaq, bir neçə ildən sonra isə layihə iştirakçılarının sayı min nəfərə qədər artırılacaq. Kompaniya əməkdaşları digər kosmik layihələr - SpaceX Falcon raketləri və Dragon kosmik yükdaşıyanları üzərində də işləyəcəklər.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Google_ve_Fidelity_korporasiyalari_peyk_internetinin_yaradilmasina_boyuk_meblegde_vesait_ayiriblar-826460

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR