Ölkəmizdən niyə qaçırıq? (VİDEO)

Ölkəmizdən niyə qaçırıq? (VİDEO)
23:51 25 Dekabr 2014
114 Dünya
Ölkə mətbuatı
A- A+

Hər il olduğu kimi bu il də böyük əksəriyyət Yeni ili ölkədə deyil, xaricdə qeyd edəcək. Bayram günlərini keçirməyə əcnəbi ölkələri seçənlərin arqumentləri müxtəlifdir. Kimi Yeni ili fərqli məkanda qeyd etməyi xoşlayırsa, kimi də əcnəbi ölkəyə qiymətlərin münasib olduğu üçün üz tutur. Cibi bu imkanlara yol verməyənlər isə bayramı sadəcə ev şəraitində ailə üzvlərinin əhatəsində keçirməklə kifayətlənir. 31 dekabrı ev şəraitində qeyd etmək istəməyənlər üçün Azərbaycanda fəaliyyət göstərən müxtəlif restoranlar, bölgələrdəki istirahət mərkəzləri xüsusi şou proqramlar hazırlayıblar. Ölkə ərazisində bir nəfərin Şou-proqramlı Yeni il gecəsində əylənməsi ən azı 100 manatdan yuxarı başa gəlir. Daha təmtərəqalı əyləncə məkanlarında isə bu 500-1000 manat arasında dəyişir.

Belə olan halda bayram günlərində xaricə üz tutanları başa düşmək olur. Əsasən qonşu respublikalara xüsusən də Gürcüstana turist axını həddindən çoxdur. Hazırda bu ölkəyə üz tutan azərbaycanlı turistlər Gürcüstanın ümumi turist sayının 35-40% fazini təşkil edir.

Turizm agentliyinin direktoru Vladlena Şevçenkonun sözlərinə görə azərbaycanlıların Gürcüstana getməyindən danışdı: “Biz onları həm qış istirahəti, həm də yay istirahəti zamanı burada görürük. Biz turistlərdən bura çox gəlmələrinin səbəbini soruşanda onlar deyirlər ki, Azərbaycanda istirahət etmək baha başa gəlir”.

Yeni il ab-havasını tamamlamaq üçün qarlı-şaxtalı havanı sevənlər Şahdağa, Tufandağa deyil, məhz Gürcüstanda Bakuriani və Qudauriyə gedənlərin əsas səbəbi yenə də qiymətlərdir.

Məsələn, Bakuriani və Qudauridə 7 günlük istirahət otelin şəraitindən, ulduz sayından asılı olaraq, hətta gün ərzində 3 dəfə yeməkdə daxil 218 manatla 645 manat arasında dəyişir. Hansı ki, bu məbləğlə Azərbaycanda yalnız bir Yeni il gecəsini keçirmək olar.

Turizm obyektlərində isə qiymətlərin baha olmasını bir-iki ay öncədən sifarişin aparılmaması ilə izah edirlər. Hətta 5 ay öncədən sifariş edilsə belə yenə də xarici turizmlə bizdəki qiymət arasındakı fərq kəskindir.

Gürcüstana gedənlərin sayının çox olmasını nəzərə alan “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Tiflisə gedən qatarlara əlavə vaqonlar artırmaqla yanaşı bayramla əlaqədar xəttə xüsusi turist qatarı da buraxacaq.

Bayram günləri ilə əlaqədar dəmir yolları dekabrın 29-dan yanvarın 3-ə qədər gücləndirilmiş iş rejimində çalışacaq.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=21&nid=316333

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR