Azərbaycan əhalisinin gəlirləri artdı

18:43 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

İlkin hesablamalara görə 2014-cü ildə Azərbaycan əhalisinin gəlirləri əvvəlki illə müqayisədə 4,8 faiz artaraq 39,4 milyard manata çatıb.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, əhalinin hər nəfərinə düşən gəlirlərin həcmi orta hesabla 4180,5 manat və ya ayda 348,4 manat təşkil edib. Hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 2,1 faiz bəndi üstələyərək 3,5 faiz olub.

Gəlirlərin 68,8 faizi son istehlaka, 8,7 faizi vergilər, sosial sığorta və üzvlük haqlarının, 2,5 faizi kreditlər üzrə faizlərin ödənilməsinə, 20,0 faizi isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

2014-cü ildə əhalinin sərəncamında qalan gəlir 35,9 milyard manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 5,1 faiz artıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/business/economy/2355714.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR