Bakıda keçiriləcək "AİTF 2015" sərgisində ilk dəfə 400-ə yaxın şirkət iştirak edəcək

Bakıda keçiriləcək "AİTF 2015" sərgisində ilk dəfə 400-ə yaxın şirkət iştirak edəcək
18:43 21 Yanvar 2015
334 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend/

Bu il aprelin 2-dən 4-dək Bakı Ekspo Mərkəzində 14-cü Azərbaycan Beynəlxalq Turizm və Səyahətlər Sərgisi ("AİTF 2015") keçiriləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, builki sərgidə hava yolları, aviadaşıyıcılar və aviaagentlər, turoperatorlar və turagentlər, iştirakçı ölkələrin milli turizm təşkilatları, mehmanxana və hotel şəbəkələri, sanatoriyalar, pansionatlar, müalicəvi-sağlamlaşdırıcı və SPA məkanları öz xidmətlərini təklif edəcəklər.

Eyni günlərdə 9-cu Qafqaz Beynəlxalq mehmanxana, restoran və supermarketlər üçün avadanlıq və ləvazimatlar sərgisi ("HOREX Caucasus 2015") də işə başlayacaq. "HOREX Caucasus 2015" sərgisində mehmanxana və restoran biznesinin aparıcı nümayəndələri, dünya hotel şəbəkələri, kiçik mehmanxana, sanatoriya və pansionatlar, habelə supermarketlər, biznes mərkəzləri, restoran və kafelər üçün lazımi avadanlıqlar nümayiş etdiriləcək.

Məlumat üçün bildirək ki, builki sərgidə 35 ölkə və 400-ə yaxın şirkət qeydiyyatdan keçib. Sərgi gününədək bu say daha da çoxala bilər.

Qeyd edək ki, hər il keçirilən AİTF sərgisində səyahətlər, işgüzar turizm, müalicəvi və istirahət sahələrində ən son yeniliklər nümayiş etdirilir. Sərgi hər il dünyanın müxtəlif ölkələrindən bu sahənin peşəkarlarını və qonaqları Azərbaycana toplayır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2355710.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR