Ruhanidən sərt bəyanat

Ruhanidən sərt bəyanat
19:12 21 Yanvar 2015
98 Dünya
Ölkə mətbuatı
A- A+

"Söz azadlığı ilə müsəlmanları təhqir etmək olmaz. Müsəlmanların hisləri ilə oynamaq söz azadlığı deyil".

Milli.Az anspress-ə istinadən xəbər verir ki, bunu İran prezidenti Həsən Ruhani bildirib.

O, Tehranda İran İnqilabının Ali Şurası üzvləri qarşısında çıxış edərək, Fransanın "Charlie Hebdo" həftəlik satirik jurnalında Məhəmməd peyğəmbərin (s) karikaturalarının çap edilməsindən dərin təəssüf hissi keçirdiyini vurğulayıb: "Bunu söz azadlığı adlandırırlar, amma bu, söz azadlığı deyil, qəzadır".

Onun sözlərinə görə, başqalarının təhqir olunması və azadlıq anlayışı adı altında sığınaraq emosiyaların ifadəsi ekstremizmdir və bu, İslam dini ilə dünya arasında sağlam münasibətlər üçün imkan yaratmır.

İran prezidenti, eyni zamanda, dinin müdafiəsi üçün zorakılıqdan və terrordan istifadə yolunu tutanları günahlandırıb.

H.Ruhani deyib ki, Tehran "Charlie Hebdo"nun jurnalistlərinə qarşı terror hücumunu qınayır və belə metodların İslama və müsəlmanlara aidiyyətinin olmadığını bildirir. İran öz ölkəsində terrorizmə qarşı sözlə, konkret hərəkətlə mübarizə aparır və bu sahədə başqa dövlətlərə kömək göstərir.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320265.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR