Dünyanı üçün böyük təhlükə

Dünyanı üçün böyük təhlükə
19:16 21 Yanvar 2015
278 Digər
Ölkə mətbuatı
A- A+

150 ilə dünya okeanında canlılar aləmi məhv ola bilər.

ANS PRESS-in məlumatına görə, bu barədə ABŞ alimləri həyəcanlı açıqlama veriblər.

Onların sözlərinə görə, gündən-günə artan insan fəaliyyəti nəticədə dənizlərdə həyatın yox olmasına gətirib çıxarmaqdadır: "İnsanlar öz hərəkətlərinə nəzarət etməsələr və təbiəti qorumaq barədə düşünməsələr, 150 ildən sonra dünya okeanındakı canlılar və bitkilər məhv ola bilər".

Tədqiqatçılar artıq okeanlarda həyatın yox olmasının ilk əlamətlərini də qeyd ediblər. Buna misal olaraq mərcan qayalıqları göstərilib. Okeanların həyat fəaliyyətində böyük rol oynayan mərcan qayalıqlarının artıq 40 faiz azaldığı qeyd edilib.

Tədqiqatçılar əlavə ediblər ki, dəniz faunasının məhv olmasında temperaturun yüksəlməsi da başlıca rol oynayır. Belə ki, dəniz canlıları yaşamaq üçün daha sərin yer axtarmağa məcbur olur.

Alimlər daha sonra bildiriblər ki, dəniz dibindən və okeanlardan faydalı mineralların çıxarılması suların çirklənməsinə səbəb olur. Bu da dənizdə həyatın yox olmasına gətirib çıxarır.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=321015

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR