L. Linkyaviçyus: Aİ-nin enerji müstəqilliyi və Şərq qonşuluğu siyasəti Baltika Nazirlər Şurasının prioritetləridir

L. Linkyaviçyus: Aİ-nin enerji müstəqilliyi və Şərq qonşuluğu siyasəti Baltika Nazirlər Şurasının prioritetləridir
19:18 21 Yanvar 2015
277 Dünya
Ölkə mətbuatı
A- A+


Vilnüs, 21 yanvar, AzərTAc
Litvanın xarici işlər naziri Linas Linkyaviçyus geosiyasi və informasiya təhlükəsiliyinin möhkəmləndirilməsini, enerji müstəqilliyini və Şərq qonşuluğu siyasətini Baltika Nazirlər Şurasının prioritetləri adlandırıb. Nazirin sözlərinə görə, bu məsələlər təkcə üç Baltika dövləti üçün deyil, həm də bütün Avropa İttifaqı, beynəlxalq təşkilatlar üçün aktualdır.
Baltikayanı ölkələrin hamısı üçün aktual olan təhlükəsizliyin prioritetlərindən söz açan L. Linkyaviçyus ilk növbədə diqqəti NATO-nun Uelsdə keçirilən sammiti zamanı qəbul edilən qərarların, o cümlədən Alyansın müttəfiq qüvvələrinin genişlənməsi, əlaqələndirmə qərargahlarının yaradılmasına dair qərarların yerinə yetirilməsi üzərində cəmləşdirib. Nazirin sözlərinə görə, Uelsdə qəbul edilən qərarların bəzi nəzərə çarpan nəticələri NATO müdafiə nazirlərinin fevral ayında görüşündə təqdim olunacaq.
Baltika ölkələri Aİ-nin Şərq qonşuluğu siyasəti məsələləri ilə məşğul olaraq, Ukrayna, Azərbaycan, Moldova, Gürcüstan, Belarus və Ermənistan ilə əməkdaşlığı möhkəmləndirəcək. L.Linkyaviçyusun sözlərinə görə, “Şərq Tərəfdaşlığı” proqramı Ukraynada silahlı münaqişə baxımından getdikcə daha böyük əhəmiyyət kəsb edir. Baltik regionunun qaz bazırının inkişafı, elektrosistemlərin sinxronlaşdırılması və Aİ-nin üçüncü energetika paketinin həyata keçirilməsi, habelə nəzərdə tutulan Visaginas atom elektrik stansiyasına dair diskussiyalar energetika siyasətinin prioritetləri sırasındadır.
Qeyd edək ki, Litva Baltik Assambleyasında sədirliyi yanvarın 1-də qəbul edib.
Nigar Cəfərli
AzərTAc-ın xüsusi müxbiri
Vilnüs

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/L_Linkyavichyus_AI_nin_enerji_musteqilliyi_ve_Serq_qonsulugu_siyaseti_Baltika_Nazirler_Surasinin_prioritetleridir-826485

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR