Azərbaycan “Marı-2015-ci il türk dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimində təmsil olunacaq

Azərbaycan “Marı-2015-ci il türk dünyasının mədəniyyət paytaxtı”nın açılış mərasimində təmsil olunacaq
19:43 21 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Xəbər verdiyimiz kimi ötən il noyabrın 21-də Rusiyanın Kazan şəhərində keçirilmiş TÜRKSOY Daimi Şurasının XXXII iclasının qərarı əsasında Türkmənistanın Marı şəhəri 2015-ci ilin türk dünyasının mədəniyyət paytaxtı elan olunmuşdur.
Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, bununla əlaqədar yanvarın 27-də Marı şəhərində açılış mərasimi keçiriləcək.
Tədbir çərçivəsində estrada, folklor və türk xalqlarının rəqs ansambllarının konserti, eyni zamanda TÜRKSOY-a üzv ölkələrin mədəniyyət və turizm imkanlarının təşviq olunması və tanıdılması məqsədilə təsviri və dekorativ sənət ustalarının, həmçinin fotoqrafların əsərlərinin sərgisi təşkil ediləcəkdir.
Azərbaycanı adıçəkilən tədbirdə nazirliyin şöbə müdiri Fikrət Babayev, “Cəngi” estrada folklor ansamblı və sənətkarlardan ibarət nümayəndə heyəti təmsil edəcəkdir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azerbaycan_Mari_2015_ci_il_turk_dunyasinin_medeniyyet_paytaxtinin_achilis_merasiminde_temsil_olunacaq-826494

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR