"Türkiyənin 1915-ci il hadisələri ilə bağlı aydın mövqeyi var"

"Türkiyənin 1915-ci il hadisələri ilə bağlı aydın mövqeyi var"
19:48 21 Yanvar 2015
153 Dünya
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 21 yanvar /Trend, müxbir Rufiz Hafizoğlu/

Türkiyənin 1915-ci il hadisələri ilə bağlı məsələ üzrə aydın mövqeyi var. Trend-in "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Xarici İşlər Nazirliyinin mətbuat katibi Tanju Bilgiç deyib.

Onun sözlərinə görə, 1915-ci il hadisələrini ermənilərə qarşı "soyqırım" kimi təqdim etmək qəbuledilməzdir və Türkiyə bu barədə dəfələrlə bəyan edib.

T.Bilgiç qeyd edib ki, daha əvvəl Türkiyə Prezidenti və Baş nazirinin Ermənistanın ünvanına söylədiyi bəyanatlar taktiki xarakter daşımır və humanizm prinsiplərinə əsaslanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/other/world/2355736.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR