Mübariz Qurbanlı "Yehovanın Şahidləri"nin nümayəndələri ilə görüşüb

Mübariz Qurbanlı "Yehovanın Şahidləri"nin nümayəndələri ilə görüşüb
19:54 21 Yanvar 2015
314 Sosial
Ölkə mətbuatı
A- A+

Dekabrın 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Yehovanın Şahidləri"nin Avropa Assosiasiyasının nümayəndələri ilə görüşüb. Lent.az-ın məlumatına görə, görüşdə "Yehovanın Şahidləri"nin  Avropa Assosiasiyasının nümayəndələri Mark Hanson, Vasili Kalenlə yanaşı, yerli icmanın təmsilçiləri də iştirak ediblər. Görüş zamanı qonaqlar Assosiasiyanın fəaliyyəti ilə bağlı məlumat veriblər. Bildiriblər ki, Assosiasiya Avropa məkanında geniş fəaliyyət göstərir.

 

Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib ki, ölkədə vətəndaşların dini etiqad azadlığı təmin olunub. Azərbaycanda zərərli dini ideyalar yaymayan, dinlərarası münasibətlərə xələl gətirəcək fəaliyyət göstərməyən bütün dini konfessiyaların fəaliyyətinə şərait yaradılıb.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191037

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR