"Fənərbaxça" Bakıda darmadağına sevindi

"Fənərbaxça" Bakıda darmadağına sevindi
19:57 21 Yanvar 2015
244 İdman
Ölkə mətbuatı
A- A+

Qadın voleybolçular arasında Çempionlar Liqasında V turun oyunları keçirilir. Fanat.az хəbər verir ki, "Azəryol" Türkiyənin “Fənərbaxça” klubunu qəbul edib.


Azərbaycan Super Liqasının gümüş mükafatçısı darmadağına üzülüb. Belə ki, "Fənərbaхça" 3:0 hesablı qələbə qazanıb.


Məğlubiyyətə rəğmən, "Azəryol" pley-off şansını hələ də qoruyur. “Fənərbaxça”nın 1-ci yerin sahibi kimi mərhələ adlayacağı dəqiqləşsə də, ona qoşulacaq klubun adına ya bu gecə, ya da son turda aydınlıq gələcək. Çünki bu gün keçiriləcək “Ştiinta” (Rumıniya) - “Nant” (Fransa) oyununda qonaqlar xal qazanmadan uduzarsa, “Azəryol”un pley-offa vəsiqəsi rəsmiləşəcək. Fransalılar qələbə qazanarsa, son turda “Azəryol”la qrup ikincisini müəyyənləşdirəcəklər.

 

Çempionlar Liqası

V tur

21 yanvar


Azəryol (Azərbaycan) - Fənərbaxça (Türkiyə) 0:3 (20:25; 15:25; 24:26)

Hakimlər: Andrey Kovalçuk (Ukrayna), Kovar Vlastimil (Çexiya).

Bakı, Voleybol Mərkəzi.


Komanda

O

Q

M

S

T

X

1.

 Fənərbaxça

5

5

0

15-1

385-283

15

2.

 Azəryol

5

3

2

10-8

399-383

8

3.

 Nant

4

1

3

5-9

270-309

4

4.

 Ştiinta

4

0

4

0-12

215-302

0


Fanat.az


Xəbərin orijinal ünvanı: http://fanat.az/xeber-quotfnrbaxcaquot-bakda-darmadana-sevindi-t17683.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR