Rusiya XİN başçısı MDB ölkələrinin səfirləri ilə görüşüb

19:57 21 Yanvar 2015
147 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 19:53 ]

Moskva. Fərid Əkbərov - APA. Rusiya xarici işlər naziri Sergey Lavrov MDB ölkələrinin Moskvada akkreditə olunmuş səfirləri ilə görüşüb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, nahar yeməyi formatında keçirilən ənənəvi illik görüşdə MDB çərçivəsində iqtisadi, siyasi və humanitar sahələrdə əməkdaşlıq və inteqrasiya proseslərinin inkişafı perspektivləri müzakirə olunub.

 

Rusiya XİN başçısı və səfirlər MDB məkanında vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar və gündəmdə olan beynəlxalq aktual məsələləri müzakirə ediblər.

 

Görüşdə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da iştirak edib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369877

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR