Ermənistan ordusu mənəvi və döyüş hazırlığı baxımından tam düşkün vəziyyətdədir

20:03 21 Yanvar 2015
92 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc 
Ermənistandakı son hadisələr göstərir ki, onlar cəbhədə müvəffəqiyyət qazana bilmədiklərindən dezinformasiya xarakterli məlumatlar yaymaqla Azərbaycan tərəfini informasiya mübarizəsinə çəkməyə çalışırlar. Oradakı hərc-mərclik, ordudakı döyüş və qeyri-döyüş itkilərinin sayının çoxalması işğalçı dövlətin hərbi-siyasi rejimi rəhbərliyinin imicinə sarsıdıcı zərbə vurmaqla yanaşı, onların psixoloji tarazlığını pozur və əsəblərini tarıma çəkir.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildiriblər ki, bu cür vəziyyət Ermənistanın hərbi komandanlığının özünü qeyri-adekvat aparmasına səbəb olur. Onların cəbhədəki vəziyyəti xeyirlərinə dəyişmək məqsədilə tələskən, səhv qərarlar verərək uğursuz kəşfiyyat-təxribat əməliyyatları keçirməyə cəhd göstərməsinə və bununla da mənasız itkilərin sayının artmasına şərait yaradır.
Düşmən tərəfinin rəsmi olaraq təsdiq etdiyi kimi, yanvarın 3-dən 20-dək cəbhədə yalnız Ermənistan silahlı qüvvələrinin 8 hərbi qulluqçusu məhv edilib, 4-ü isə ağır yaralanıb. İşğal edilmiş ərazilərimizdən, Dağlıq Qarabağdan olan və zorla cinayətkar silahlı dəstələrə cəlb olunmuş ermənilər arasında itkilər isə gizlədilir, onların sayı rəsmən açıqlananlardan ən azı iki-üç dəfə çoxdur.
Müdafiə Nazirliyi bir daha bildirir ki, işğalçı qüvvələr torpağımızdan çıxarılanadək bu cür itkilərə daha çox məruz qalacaq və bütün bunlara, eləcə də baş verə biləcək təxribatlara görə birbaşa və qeyd-şərtsiz Ermənistanın kriminal hərbi-siyasi rejimi məsuliyyət daşıyacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistan_ordusu_menevi_ve_doyus_hazirligi_baximindan_tam_duskun_veziyyetdedir-826500

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR