İngiltərənin Kent şəhərində 11 uşağı olan Çeril Prudham adlı qadın ildə 38 min funt-sterlinq dövlət yardımı alır.
Lent.az-ın “trend”ə istinadən məlumatına, 32 yaşlı qadın hazırda hamilədir və 12-ci uşağına qovuşmaq üzrədir.
Qadının 7 qız və 4 oğlan uşağı var. Çeril və Robert Prudham cütlüyü yardımlara görə lüks həyat tərzi keçirir və tez-tez xarici ölkələrə tətilə gedirlər. Qadın ilk dəfə 17 yaşında ana olub.