Misir mətbuatı Azərbaycan səfirliyinin 20 Yanvar faciəsi ilə bağlı bəyanatını yayıb

21:08 21 Yanvar 2015
87 Ölkə
Ölkə mətbuatı
A- A+


Qahirə, 21 yanvar, AzərTAc
Misirin bir sıra aparıcı mətbuat orqanlarında və internet qəzetlərində Azərbaycanın bu ölkədəki səfirliyinin 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatı yayılıb. Bəyanatda keçmiş sovet ordusunun Bakıda törətdiyi vəhşiliklərlə bağlı məlumatlar yer alıb. Başda Mixail Qorbaçov olmaqla bu qanlı faciədə əli olanların beynəlxalq hüququn norma və prinsiplərinə zidd, insanlıq əleyhinə cinayətləri barədə həqiqətlər öz əksini tapıb.
Səfir Şahin Abdullayev bəyanatda 1990-cı ilin 20 Yanvar hadisələri, Azərbaycan xalqının sovet rejiminə qarşı milli azadlıq mübarizəsi, 80-ci illərin sonundan başlayaraq Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları haqqında ətraflı məlumat verib.
20 Yanvar hadisəsində sovet ordusunun istifadə etdiyi zorakılığın azərbaycanlıların nümayiş etdirdiyi müqavimətin səviyyəsinə mütənasib olmadığı və bu zorakılığın “kütləvi cəzalandırma” kimi qiymətləndirildiyi qeyd edilir, yüzlərlə insanın qətlə yetirildiyi və yaralandığı bildirilir. Vurğulanır ki, sovet rəhbərliyinin Azərbaycan xalqının mübarizə əzmini qırmaq cəhdlərinə və SSRİ-nin dağılmasından sonra Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının açıq hərbi təcavüz forması almasına baxmayaraq, Azərbaycan xalqı öz yolundan dönməyib və dövlət müstəqilliyini bərpa edib.
Asya Hacızadə
AzərTAc-ın xüsusi müxbiri
Qahirə

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Misir_metbuati_Azerbaycan_sefirliyinin_20_Yanvar_faciesi_ile_bagli_beyanatini_yayib-826515

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR