Poroşenko əlində avtobusun bir hissəsi ilə çıxış etdi (FOTO)

Poroşenko əlində avtobusun bir hissəsi ilə çıxış etdi (FOTO)
21:21 21 Yanvar 2015
177 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Davos forumunda çıxış edərkən Volnovaxada separatçılar tərəfindən gülləbaran edilən avtobusun parçasını göstərib.

ANS PRESS-in məlumatına görə, ölkə başçısı bunu "terrorizmin simvolu" adlandırıb.

"Mən bura Volnovaxada vurulan avtobusun hissəsini gətirdim, bu terrorizmin simvoludur. Terrorizm - bu Ukraynanın və ya Avropanın problemi deyil, bu qlobal problemdir. Biz terrorizmin öhdəsindən gələcəyik, çünki biz vahidik", - deyə Poroşenko bildirib.

Qeyd edək ki, yanvarın 13-də Volnovaxa şəhəri yaxınlıqda Buqas blokpostunun yanında sərnişin avtobusu rusiyameyilli separatçıların atəşi altına düşüb. Hadisə zamanı 10 nəfər həlak olub, daha 18 nəfər yaralanıb.
Yaralılardan ikisi sonra xəstəxanada ölüb.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321035

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR