Anar Məmmədovun ortağı prezident olmaq istəyir

Anar Məmmədovun ortağı prezident olmaq istəyir
21:47 21 Yanvar 2015
336 Dünya
Ölkə mətbuatı
A- A+

Məşhur amerikalı milyarder Donald Trump 2016-cı ildə ABŞ-da keçiriləcək prezident seçkilərinə namizədliyini verəcək.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, milyarder bu barədə Respublikaçılar Partiyasının Cənubi Karolina ştatında keçirilən yığıncağında açıqlama verib.

Donald Trump seçkilərin öhdəsindən gələcəyini bildirib.

Qeyd edək ki, amerikalı milyarder Azərbaycan oxucularına çoxdan tanışdır. Məşhur milyarderin təsisçisi olduğu “The Trump Organization” şirkəti Bakıda 33 mərtəbəli “Trump İnternational Hotel & Tower Baku” qülləsi tikdirir. Tikilinin dizaynı mənzil qərargahı Londonda yerləşən “Mixity Design Ltd” şirkəti tərəfindən hazırlanıb, inşaat işlərini isə Anar Məmmədovun təsisçisi olduğu yerli “Garant Holding” qrupu həyata keçirir. Yeni tikilən hotel 2015-ci ilin iyununda istifadəyə veriləcək.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/320279.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR