NATO Donbasda Rusiyanın hərbi iştirakının artmasını müşayiət edir

NATO Donbasda Rusiyanın hərbi iştirakının artmasını müşayiət edir
21:52 21 Yanvar 2015
184 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 21:45 ]

Bakı-APA. NATO-nun Baş katibi Yens Stoltenberq bəyan edib ki, alyans Donbasda Rusiyanın hərbi iştirakının artmasını müşayiət edir.

APA-nın BBC-yə istinadən verdiyi xəbərə görə, Stoltenberq qeyd edib ki, rus hərbçiləri separatçıların nəzarəti altında olan ərazilərdə daha çox zirehli texnika, artilleriya və digər silahlardan istifadə edirlər.

 

NATO-nun baş katibi növbəti dəfə rəsmi Moskvanı öz qüvvələrini Ukrayna ərazisindən çıxartmağa çağırıb. Rusiya hökumətinin rəsmisi Arkadiy Dvorkoviç adıçəkilən ittihamları rədd edib və ölkəsinin Ukraynanın daxili işlərinə qarışmadığını vurğulayıb. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369881

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR