Mobil telefon kamerası ilə avtoportretlərinin yaradılması üzrə populyar trendə uyğun Çinin ZTE şirkəti 5 meqapiksellik ön fotomodulla təchiz edilmiş ucuz smartfonunu hazırlayıb.
Milli.Az ICTnews-a istinadən bildirir ki, ZTE Blade V2 adlı yeni qurğu 1,2 QHs takt tezlikli dörd hesablama nüvəsinə malik 64 bitlik Qualcomm Snapdragon 410 prosessoru və 1 QB əməli yaddaşla təchiz edilib. Daxili fləş daşıyıcının həcmi 8 QB təşkil edir. Əlavə rəqəmli məzmunu microSD çıxarılıb taxılan daşıyıcılarında yadda saxlamaq olar.
Aparat 1280x720 piksel təsvir ölçülü 5 düymlük ekranla təchiz edilib. Çin istehsalçısı əsas kamera üçün işıq diodu işıqlandırıcısına malik 13 meqapiksellik təsvir ötürücüsü, ön kamera üçün 5 meqapiksellik matrisdən və jestlərin köməyi ilə çəkilişi idarəetmə funksiyasından istifadə edib.
Cihazın elektron içliyi 2400 milliamper/saat tutumunda akkumulyator batareyası ilə enerji toplayır. Smartfon LTE şəbəkəsində işləyəcək.
ZTE Blade V2 smartfonunun satış qiyməti, həmçinin satış tarixi açıqlanmayıb.
Milli.Az