Poroşenko Rusiyaya görə Qərbə çağırış etdi

Poroşenko Rusiyaya görə Qərbə çağırış etdi
22:46 21 Yanvar 2015
204 Dünya
Ölkə mətbuatı
A- A+

Ukrayna prezidenti Pyotr Poroşenko Davosda beynəlxalq iqtisadi forumda qərb ölkələrini Rusiyaya qarşı sanksiyaları ləğv etməməyə çağırıb.

ANS PRESS-in məlumatına görə, prezident bunu Rusiyada vəziyyətin pisləşməsi üçün deyil təcavüzü və eskalasiyanı dayandırmaq üçün tələb edib.

Poroşenko qərb ölkələrini Rusiya barəsində məhdudlaşdırıcı ölçülərin indiki səviyyəsini saxlamağa çağırıb. Ukrayna liderinin sözlərinə görə, bu Ukraynanın cənub-şərqində vəziyyətin kəskinləşməsiylə əlaqədar lazımdır.

"Sanksiyalar Rusiyada vəziyyəti daha pis etmək üçün deyil. Sanksiyalar təcavüzü və eskalasiyanı dayandırmaq üçün lazımdır. Buna görə biz sanksiyaların indiki səviyyəsini saxlamalıyıq", Poroşenko bildirib.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=48&nid=321025

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR