“Neftçi” Ukraynanın “Volın” klubuna qalib gəldi

“Neftçi” Ukraynanın “Volın” klubuna qalib gəldi
23:03 21 Yanvar 2015
168 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 21 yanvar, AzərTAc
Bakının “Neftçi” futbol komandası Antalyadakı təlim-məşq toplanışı çərçivəsində yanvarın 22-də dördüncü yoxlama oyununu keçirib.
AzərTAc xəbər verir ki, Ukraynanın “Volın” klubu ilə qarşılaşan komandamız rəqibini 4:3 hesablı ilə məğlub edib.
Azərbaycan təmsilçisinin heyətində Denis Silva, Karlos Kardozo, Ruslan Qurbanov və Ernest Nfor fərqləniblər.
Qeyd edək ki, “Neftçi” bundan əvvəl Səudiyyə Ərəbistanının təmsilçisi “Hajer”ə 3:1 hesabı ilə qalib gəlmiş, Türkiyənin “Ərciyyəspor” komandası ilə qolsuz heç-heçə etmişdi. Komanda Türkiyənin “Elazığspor” kollektivinə minimal hesabla uduzmuşdu.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftchi_Ukraynanin_Volin_klubuna_qalib_geldi-826529

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR