Türkiyənin Baş naziri G20-yə sədrlik dövründə ölkəsinin vəzifələrindən danışıb

23:12 21 Yanvar 2015
168 Dünya
Ölkə mətbuatı
A- A+

[ 21 Yanvar 2015 23:10 ]

Bakı-APA. Türkiyə G-20-də sədrlik dövründə inkişaf etməkdə olan dövlətlərlə münasibətlərdə kordinator ölkə rolunu öz üzərinə götürəcək.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin Baş naziri Əhməd Davudoğlu Davos İqtisadi Forumunda çıxış edərkən bəyan edib.

 

Onun sözlərinə görə, 2018-ci ilə qədər G20 ölkələri ÜDM-u 2,1% artırmalıdırlar. Bu, dünya iqtisadiyyatına əlavə 2 trilyon ABŞ dollar gətirəcək. Ə.Davudoğlu həmçinin qeyd edib ki, Dünya Bankının proqnozlarına görə, 2015-2016-cı illərdə  G20-yə üzv olan ölkələrdə ÜDM 3% aşağı düşəcək.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/369884

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR