Reynaldo qayıtdı, "Qarabağ" sevindi

Reynaldo qayıtdı, "Qarabağ" sevindi
23:46 21 Yanvar 2015
194 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Qarabağ" bu gün ikinci yoxlama oyununu keçirib.

ANS PRESS-in məlumatına görə, Qurban Qurbanov yetirmələrini İsveçrə klubu ilə oyunda sınayıb.

Belə ki, "Qarabağ" "Süriх" lə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb. "Qarabağ"ın qoluna 81-ci dəqiqədə penaltidən zədəsini yeni sağaldan Reynaldo Silva imza atıb.

Qeyd edək ki, 1896-cı ildə yaradılıb. 119 yaşlı klub 12 dəfə İsveçrə çempionu, 8 dəfə ölkə kubokunun qalibi olub, 1963/64 və 1976/77 mövümlərində Çempionlar Liqasının yarımfinalında oynayıb. Hazırda Urs Meyerin başçılıq etdiyi komanda qış fasiləsinə ikinci pillədə yollanıb.

"Qarabağ" Antalyadakı ilk yoxlama oyununda Xorvatiyanın "RNK Split" klubuna 1:3 hesabı ilə məğlub olub. Qurban Qurbanov yetirmələrini yanvarın 24-də "Levski" (Bolqarıstan), 27-də "Legiya" (Polşa), 29-da "Mordoviya" (Rusiya), 31-də "Tarqu Mureş"lə (Ruminiya) oyunda sınayacaq.

Antalya
Yoхlama oyunu
21 yanvar

Qarabağ (Azərbaycan) - Süriх (İsveçrə) 1:1
Qollar: Reynaldo Silva, 81-pen - Marko Şkonbaxler, 45.
Qarabağ: İbrahim Şehiç, Rəşad Sadıqov, Bədavi Hüseynov, Maksim Medvedev, Ansi Aqolli, Qara Qarayev, Riçard Almeyda, Namiq Ələsgərov, Vüqar Nadirov, Muarem Muarem, Cavid Tağıyev.
(Namiq Yusifov, İlqar Qurbanov, Danilo Dias, Admir Teli, Şəhriyar Əliyev, Fuad Məmmədzadə, Reynaldo Silva və Tural Rzayev ikinci yarıda meydana çıxıb).
Sürix: Antoni Favre, Niko Elvedi, Alain Nef, Filip Koç, Simonyan, Burim Kukeli, Kristian Şkneuvli, Marko Şkonbaxler, David Çiumiento, Asmir Kayeviç, Armando Sadiku.
Hakimlər: Rəhim Həsənov, Yaşar Abbasov, Rza Məmmədov.
"İC Santai" otelinin meydançısı.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=11&nid=321052

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR