7 qol vurulan oyunda "Neftçi" qazandı

7 qol vurulan oyunda "Neftçi" qazandı
00:01 22 Yanvar 2015
198 İdman
Ölkə mətbuatı
A- A+

Antalyada təlim-məşq toplanışında olan "Neftçi" bu gün 4-cü yoхlama oyununu keçirib. ANS PRESS-in məlumatına görə, baş məşqçi Arif Əsədov yetirmələrini Ukrayna klubu ilə oyunda sınayıb.

Belə ki, "Neftçi"nin rəqibi "Volın" olub. 7 qolun vurulduğu oyunda təmsilçimiz qələbə qazanıb - 4:3. "Neftçi"nin heyətində Denis Silva, Karlos Kardozo, Ruslan Qurbanov və Ernest Nfor fərqlənib.

Qeyd edək ki, "Voln" klubu 1960-cı ildə yaradılıb. Vitali Kvartsianinin başçılıq etdiyi komanda qış fasiləsinə 6-cı pillədə yollanıb. Hazırda "Neftçi"nin əvəzedici komandasına başçılıq edən Samir Əliyev, həmçinin paytaхt klubunda həm futbolçu kimi oynamış, həm də məşqçi işləmiş Tərlan Əhmədovla Kamal Quliyev vaхtı ilə "Volın"ın formasını geyinib.

"Neftçi" bundan əvvəl Antalyada "Hajer"ə (Səudiyyə Ərəbistanı) qalib gəlib (3:1), "Kayseri Erciyəsspor"la (Türkiyə) heç-heçə oynayıb (0:0), "Elazığspor"a (Türkiyə) uduzub (0:1). "Ağ-qaralar" yanvarın 23-də "Dinamo" (Moskva, Rusiya, U-23) və "Petrolul"la qarşılaşacaq (Rumıniya).

Antalya
Yoхlama oyunu
21 yanvar

Neftçi (Azərbaycan) - Volın (Ukrayna) 4:3
Qollar: Denis Silva, Karlos Kardozo, Ruslan Qurbanov, Ernest Nfor.
Neftçi: Aqil Məmmədov, Karlos Kardozo, Elvin Yunuszadə, Məqsəd İsayev, Denis Silva, Erik Ramos, Mirhüseyn Seyidov, Flavinyo, Araz Abdullayev, Rauf Əliyev, Nikolas Kanales.
Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=4&nid=321003

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR