Azərbaycanda naməlum skelet (FOTO)

Azərbaycanda naməlum skelet (FOTO)
03:31 26 Dekabr 2014
154 Digər
Ölkə mətbuatı
A- A+

Yevlax rayonunun Aran qəsəbəsində fərdi yaşayış evinin zirzəmisindən naməlum heyvan skeleti tapılıb.

ANS PRESS-in məlumatına görə, sakinlər tərəfindən evdə təmir işləri aparılarkən aşkar edilən skeletin uzunluğu 1 metrə yaxındır. Bu barədə AzərTAc xəbər yayıb.

Skeletin kəllə və fəqərə sümükləri, qabırğaları, dişləri, pəncə və caynaqları bizə məlum olan heyvanlardan fərqlidir. Köpək dişlərinin digər dişlərə nisbətən yaxşı inkişaf etməsi onun yırtıcı olduğuna əsas verir.

Heyvan skeletinin qəribə görünüşü sakinlərinin marağına səbəb olub. Skeletə Yevlax Şəhər Mədəniyyət və Turizm Şöbəsinin əməkdaşları da baxıblar.

Skelet Yevlax Şəhər Tarix-Diyarşünaslıq Muzeyinə verilib.


Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=7&nid=316351

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR