Facebook dünya iqtisadiyyatına 227 milyard dollar xeyir verib

Facebook dünya iqtisadiyyatına 227 milyard dollar xeyir verib
01:28 22 Yanvar 2015
198 Dünya
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Hesabında 1,35 milyard aktiv istifadəçinin olduğu ən böyük sosial şəbəkə – Facebook ötən ilin yekunlarına görə dünya iqtisadiyyatına 227 milyard dollar xeyir verib. Bundan başqa, Mark Zukerberqin kompaniyası 4,5 milyon iş yerinin açılmasına da yardımçı olub.
AzərTAc Vesti.ru saytına istinadla xəbər verir ki, bu barədə məlumat Facebookun özünün Deloitte & Touche konsaltinq firmasına sifariş etdiyi tədqiqatın nəticələrində əksini tapıb.
Bu məqsədlə D&T analitikləri saytla əlaqəsi olan mobil qurğular üçün proqramları, oyunları və bu kimi digər vasitələri, həmçinin Facebook şəbəkəsinə daxil olmaq tələbindən yaranmış internet əlaqəni və əlavə xidmətlərə olan ehtiyacları da hesablayıblar.
Facebookun baş əməliyyat direktoru Şeril Sandberqin sözlərinə görə, kompaniya modadan tutmuş fitnesə qədər demək olar ki, bütün sahələrdə kiçik biznesin yeni dalğasını yaratmağa kömək edib. Bir çox şirkətlərin biznesinin sosial şəbəkədən asılı olduğunu deyən Facebook nümayəndəsi onların bu şəbəkə vasitəsi ilə xidmətlər təklif etdiyini və mallarını satdığını bildirib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Facebook_dunya_iqtisadiyyatina_227_milyard_dollar_xeyir_verib-826548

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR