Avropada məscid yenə təhqir olundu (FOTO)

Avropada məscid yenə təhqir olundu (FOTO)
03:46 26 Dekabr 2014
110 Sosial
Ölkə mətbuatı
A- A+

Avropada müsəlmanlara qarşı növbəti hücum faktı qeydə alınıb.

ANS PRESS-in məlumatına görə, Avstriyada məüscidin qapısına donuz burnu və içalatı atılıb.

Hadisə Vayna şəhərində “Türk-İslam Birliyi” təşkilatına aid “Kocatepe” məscidində baş verib.

Sübh namazı üçün məscidə gedən din xadimi Bayram Karar məbədin bu şəkildə təhqir olunduğunu görərək polisə xəbər verib.

Yerlilər, son günlər məscidlərə qarşı hücumların çoxaldığını, polisin isə bu kimi faktları ciddi araşdırmadığını deyir.

Qeyd edək ki, son 5 ayda Avropanın müxtəlif ölkələrində çox sayda hicablı qadın fiziki hücumlara və sataşmalara məruz qalıb.







Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=40&nid=316352

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR