Bakı-APA.Bakının Xətai rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə yerinə cəlb olunmuş Xilasedicilər liftin qapısını açıb və vətəndaşın liftdən çıxmasına şərait yaradıblar. Əməliyyat saat 23:46-da başa çatıb.