Fevral ayında rusdilli tamaşaçıları maraqlı səhnə əsərləri gözləyir

02:13 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
S.Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının 2015-ci il fevral repertuarı zəngindir.
AzərTAc xəbər verir ki, fevralın 1-də Mark Kamolettinin “Ah, bu Anna”, 5-də Aleksandr Ostrovskinin “Qurdlar və qoyunlar” komediyaları göstəriləcək.
Teatrın kollektivi fevralın 6-da Fyodor Dostoyevskinin “Karamazov qardaşları”, 7-də Oleq Yernevin “Yeni il gecəsində məhəbbət intriqaları”, 8-də Mirzə Fətəli Axundzadənin “Hekayəti Müsyö Jordan həkimi-nəbatat və dərviş Məstəli şah” tamaşalarını təqdim edəcək.
Nizami Gəncəvinin eyniadlı poeması əsasında hazırlanmış “Yeddi gözəl” tamaşası fevralın 12-də, Uilyam Şekspirin “Yay gecəsində yuxu” fevralın 13-də nümayiş olunacaq.
Tamaşaçılar fevralın 14-də Vladimir Neverovun “Parodiyalar paradı”na, 15-də İlyas Əfəndiyevin “Büllur sarayda” dramına, 19-da Rey Kuninin “Həddindən artıq evli taksi sürücüsü” komediyasına baxa bilərlər.
Mixail Lermontovun “Maskarad” dramı fevralın 21-də, Pedro Kalderon de le Barkanın “Məhəbbətlə zarafat etmirlər” lirik komediyası fevralın 22-də göstəriləcək.
Rusdilli tamaşaçılar fevralın 27-də Ceyms Ostinin “Qürur və qərəz”, 28-də Vasili Siqarevin “Yalan detektoru” tamaşalarına baxacaqlar.
Rus Dram Teatrının kollektivi həmişə olduğu kimi, fevral ayında da balaca tamaşaçılarını unutmayıb. Fevralın 1-də Valentina Reznikovanın “Yeni il gecəsində sehrbazlıq” tamaşası göstəriləcək.
Vladimir Neverovun “Nağılı tap!-1” və “Nağılı tap!-2” tamaşaları müvafiq olaraq fevralın 7-də və 15-də nümayiş olunacaq.
Uşaqlar Aleksandr Puşkinin “Çar Saltan, knyaz Qvidon və Qu quşu şahzadəsi haqqında nağıl”ına fevralın 8-də baxa bilərlər.
Fevralın 14-də Yekaterina Çernyakın “Gözəl Vasilisa”, 21-də Valentina Reznikovanın “Durna balığının buyruğu ilə”, 22-də “Maşa və ayı” tamaşaları göstəriləcək. Aleksandra Nikuşina və Nadir Əzimovun “Güləbətin tikən qız və süpürgəçi” tamaşası fevralın 28-də oynanılacaq.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Fevral_ayinda_rusdilli_tamasachilari_maraqli_sehne_eserleri_gozleyir-826552

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR