“Namuslu” qız atasını döydü (FOTO)

“Namuslu” qız atasını döydü (FOTO)
04:11 26 Dekabr 2014
147 Dünya
Ölkə mətbuatı
A- A+

Türkiyədə öz qızı tərəfindən döyülən ata xəstəxanaya çatdırılıb. ANS PRESS-in məlumatına görə, hadisə Karabük şəhəri, Aydınlıkevlər məhəlləsində baş verib.

Məhəllə sakini 63 yaşlı M.S. evə gec gedən 39 yaşlı qızı S.S. ilə mübahisə edib. Mübahisə sonda dava-dalaşa çevrilib və səs-küyü eşidən qonşular polisə xəbər verib.

Hadisə yerinə gedən polis atanı xəsarət almış vəziyyətdə aşkarlayıblar. Atasına xəsarət yetirən S.S. polis tərəfindən saxlanılıb, yaşlı kişi isə xəstəxanaya çatdırılıb.

Faktla bağlı araşdırmalar davam edir.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=15&nid=316353

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR