On bir ayda muzdla işləyənlərin orta aylıq əmək haqqı 5,4 faiz artıb

On bir ayda muzdla işləyənlərin orta aylıq əmək haqqı 5,4 faiz artıb
02:48 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc 
Ölkənin iqtisadi və sosial sahələrində muzdla işləyənlərin orta aylıq əmək haqqı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2014-cü ilin yanvar-noyabr aylarında 5,4 faiz artaraq 442,1 manat təşkil edib.
Dövlət Statistika Komitəsindən AzərTAc-a bildiriblər ki, iqtisadiyyatın ayrı-ayrı sahələrində işləyənlərin orta aylıq əmək haqqı daha yüksələrək sənayedə 709,5 manat, tikinti kompleksində 626,7 manat, nəqliyyatda 538 manat, informasiya və rabitə sahəsində 733,5 manat olub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/On_bir_ayda_muzdla_isleyenlerin_orta_ayliq_emek_haqqi_54_faiz_artib-826557

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR