Məşhur azərbaycanlı aktyor: “Ərdoğanın qulağımdan tutub...” (VİDEO)

Məşhur azərbaycanlı aktyor: “Ərdoğanın qulağımdan tutub...” (VİDEO)
03:16 22 Yanvar 2015
635 Şou
Ölkə mətbuatı
A- A+

Bir neçə gün əvvəl “Millet” qəzetinə müsahibəsində Türkiyə prezidenti Rəcəb Tayib Ərdoğandan qorxmasını dilə gətiməsi ilə bağlı açıqlamalar verən “Çocuklar duymasın” serialında Haluk obrazını canlandıran Azərbaycan əslli məşhur aktyor Tamer Karadağlı sözlərinə aydınlıq gətirib.

ANS PRESS-in məlumatına görə, Türkiyənin “Ülke TV” telekanalında yayımlanan “Sıradışı” adlı proqramda qonaq olarkən son verdiyi müsahibənin müxtəlif cür yozulduğunu söyləyib.

“Mən Ərdoğandan qorxuruq dediyim üçün “paralelçi” adının yapışdırılmasını istəmirəm. Prezident Ərdoğan demişdi ki, sənətçilərimiz cəsur olsun. Mən də cəsur olaraq qorxuram dedim. Lakin mənim qorxum prezidentin gəlib qulağımdan tutub həbsə atması deyil, mən ölkənin ümumi vəziyyətindən qorxuram. Əgər hər şeydən qorxan biri olsaydım, bu gün bura çıxaraq bu sualları cavablandırmazdım. Mən özümü özümü istədiyim kimi ifadə etmək istəyirəm” – deyə məşhur aktyor haqqında söylənən sözlərə münasibətini açıqlayıb.

Xatırladaq ki, məşhur aktyor “Millet” qəzetinə verdiyi müsahibədə özü də daxil olmaqla, sənətçi dostlarının Türkiyə prezidenti R.T.Ərdoğandan qorxduğunu bildirmişdi.

Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=5&nid=321070

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR