Ukraynada 237 hərbçi həlak oldu

Ukraynada 237 hərbçi həlak oldu
03:59 22 Yanvar 2015
104 Dünya
Ölkə mətbuatı
A- A+

Ukraynada atəşkəsin pozulması nəticəsində 237 hərbçi həlak olub

 

APA-nın UNN agentliyinə istinadən verdiyi məlumata görə, bunu Ukraynanın BMT-dəki daimi nümayəndəsi Yuri Serqeyev bəyan edib.

 

“Atəşkəs rejiminin pozulması 237  hərbçinin  həlak olmasına səbəb olub. Eyni zamanda, ən azı 148 mülki şəxs  silahlı münaqişənin qurbanı olub”, deyə Y.Serqeyev BMT Təhlükəsizlik Şurasının iclasında çıxış edərkən bildirib.

 

Onun sözlərinə görə, Ukrayna tərəfi Minsk razılaşmalarının həyata keçirilməsinə hazırdır. Y.Sergeyev həmçinin bildirib ki, rəsmi Kiyev bu razılaşmaların Rusiya tərəfindən də yerinə yetirilməsini gözləyir. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191056

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR