Bu gün İspaniya Kral kubokunda 1/4 final mərhələsi çərçivəsində bu gün üç qarşılaşma baş tutub.
ANS PRESS-in məlumatına görə, günün ən maraqlı oyunu “Nou Kamp”da keçirilib. Burada “Barselona” “Atletiko Madrid”i qonaq edib.
Qaşılaşmada hər iki tərəf real qol şəraitləri yaratsalar da əzəli rəqiblər bir-birinin müqavimətini qırmaqda çətinlik çəkib.
Oyunun ilk hissəsi heç-heçə bitsə də ikinci hissənin sonuna yaxın “barsalılar” penalti vurmaq şansı əldə edib və Messi bu fürsəti dəyərləndirib. Matç “Barselona”nın 1:0 qalibiyyəti ilə başa çatdı.
Günün ilk matçında "Vilyareal" və "Hetafe" üz-üzə gəlib. Bu görüşün də taleyini bir qol həll edib. Brunonun matçın 85-ci dəqiqəsində vurduğu qol meydan sahiblərinə qələbə qazandırıb - 1:0.
Günün digər qarşılaşmasında isə "Malaqa" və "Atletik" (Bilbao) komandaları qarşılaşıb. Bu oyunda tərəflərin ciddi cəhdlərinə baxmayaraq qapılara qol vurulmayıb - 0:0.
Qeyd edək ki, İspaniya kubokunda 1/4 final mərhələsinin ilk oyunlarına sabah gecə keçiriləcək "Espanyol" - "Sevilya" oyunu ilə yekun vurulacaq.
21 yanvar,
İspaniya kuboku, 1/4 final
23:00. "Vilyareal" - "Hetafe" - 1:0
Qol: Bruno, 85 (1:0)
01:00. "Barselona" - "Atletiko" (Madrid) - 1:0
Qol: Messi, 85 (1:0)
01:00. "Malaqa" - "Atletik" (Bilbao) - 0:0 Mənbə
ANS PRESS