Sərxoş sürücü aeroport yolunda qəza törətdi

Sərxoş sürücü aeroport yolunda qəza törətdi
06:49 22 Yanvar 2015
297 Ölkə
Ölkə mətbuatı
A- A+

Ötən gecə Bakıda sərxoş sürücü qəza törədib.

Lent.az-ın məlumatına görə, hadisə aeroport yolunda qeydə alınıb.  Qəza zamanı Kərim Mirzəyevin idarə etdiyi "Mercedes"  Elman Əliyevin idarə etdiyi "VAZ 2107"ə arxadan çırpılıb.

 

Hadisə şahidlərinin dediklərinə görə, qəzaya "VAZ 2107" ilə ara məsafəsi saxlamayan "Mercedes"in sürücüsü səbəb olub.  Qəza zamanı sürücülər xəsarət almasa da, hər iki avtomobilə ciddi ziyan dəyib. Hadisə yerinə Dövlət Yol Polisinin Suraxanı Rayon Şöbəsinin əməkdaşları gəliblər.  "Mercedes"in sürücüsü Kərim Mirzəyev sərxoş olduğundan, o həkim müayinəsinə cəlb olunub.

 

Qəza ilə bağlı aeroport yolunun bu hissəsində  nəqliyyatın hərəkəti bir müddət məhdudlaşdırılıb.  Hər iki avtomobil evakuator vasitəsi ilə cərimə meydançasına aparılıb. Daha sonra yolda nəqliyyatın hərəkəti bərpa olunub. Faktla bağlı  Dövlət Yol Polisinin Suraxanı Rayon Şöbəsində araşdırma aparılır.

 

Fərahim Qasımov






Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191060

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR