ABS-i qorxudan yangin (VIDEO)

ABS-i qorxudan yangin (VIDEO)
08:36 22 Yanvar 2015
127 Ölkə
Ölkə mətbuatı
A- A+

Amerika Birləşmiş Ştatlarında (ABŞ) yaşayış şəhərçicklərindən birində güclü yanğın meydana gəlib.

ANS PRESS-in məlumatına görə, ABŞ-ın Nyu Cersi ştatının Ecevoter bölgəsində müsəlman, xüsusilə türk diplomatların yaşadığı bildirilən Avalon şəhərçiyindəki binalarda yanğın hadisəsi baş verib.

Küləyin təsiri ilə daha da şiddətlənən yanğın bütün şəhərçiyi bürüyüb. Hadisə ilə əlaqədar olaraq Nyu Cersi və Nyu York ştatlarından çox sayda yanğınsöndürən qrupu çağrılıb.

Lakin hadisə yerinə cəlb edilən yanğınsöndürənlərin müdaxiləsi nəticəsiz qalıb və şəhərcik yanaraq pis vəziyyətə gəlib.

Binada yaşayanların heç bir xəsarət almadığı, yaxınlıqda olan məktəblərə yerləşdirildikləri bildirilir. Hadisənin necə baş verdiyi barədə müxətlif iddialar var.


Mənbə
ANS PRESS



Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=321094

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR