Prezident İlham Əliyev: Azərbaycanda bütün azadlıqlar təmin edilir

08:58 22 Yanvar 2015
117 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Azərbaycanda bütün azadlıqlar təmin edilir. Söz azadlığı 100 faiz təmin edilir. Azərbaycanda yüzlərlə mətbu orqan çıxır. Eyni zamanda, Azərbaycanda internetə heç bir məhdudiyyət qoyulmur, internet azaddır, senzura yoxdur. Azərbaycanda internet istifadəçilərinin sayı 75 faizə yaxındır. Yəni, heç bir problem yoxdur. Ona görə mətbuat azadlığı tam şəkildə təmin edilir.
AzərTAc xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev Almaniyanın Kansleri Angela Merkellə keçirdiyi mətbuat konfransında söyləyib.
Dövlətimizin başçısı deyib ki, eyni mənzərə sərbəst toplaşmaq azadlığına da şamil edilə bilər. Azərbaycanda müxtəlif siyasi qrupların mütəmadi qaydada, azad şəkildə mitinqləri keçirilir, heç bir məhdudiyyət qoyulmur. Bütövlükdə, son illərdə Azərbaycanda demokratiyanın inkişafı ilə bağlı böyük inkişaf var. Əlbəttə ki, bu, bizim üçün çox vacibdir. Çünki mən tam əminəm ki, siyasi islahatlar iqtisadi islahatlarla paralel şəkildə aparılmalıdır. Ancaq bu təqdirdə ölkələr dayanıqlı uğura nail ola bilərlər.
“Bizim böyük nailiyyətimiz ondan ibarətdir ki, Azərbaycanda dini azadlıqlar tam şəkildə təmin edilib”, - deyən Prezident Эlham Əliyev ölkəmizdə multikulturalizm dəyərlərinin çox yüksək səviyyədə qorunduğunu və bu baxımdan Azərbaycanın təcrübəsinin başqa ölkələrdə öyrənildiyini vurğulayıb. Dövlətimizin başçısı diqqətə çatdırıb ki, Azərbaycanda bütün dinlərin, bütün etnik qrupların nümayəndələri bir ailə kimi yaşayırlar, heç bir qarşıdurma, anlaşılmazlıq yoxdur. “Bir daha demək istəyirəm ki, biz bu yolu şüurlu şəkildə seçmişik. Biz ümumbəşəri dəyərlərə sadiqik, onları qoruyuruq”, - deyə Prezident əlavə edib. 

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Prezident_Ilham_Aliyev_Azerbaycanda_butun_azadliqlar_temin_edilir-826564

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR