Əvvəl maşını, sonra darvazanı əzdi, aradan çıxdı - FOTO

Əvvəl maşını, sonra darvazanı əzdi, aradan çıxdı - FOTO
09:12 22 Yanvar 2015
127 Digər
Ölkə mətbuatı
A- A+

Ötən gecə Nərimanov rayonunda qəza baş verib.

APA-nın məlumatına görə,  hadisə Məmməd Araz küçəsi ilə Şəmsi Bədəlbəyli küçələrinin kəsişməsində qeydə alınıb.
 
Fərid Aslanov sükanı arxasında olduğu "Mercedes" markalı minik avtomobili ilə yüksək sürətlə hərəkətdə olan zaman qarşısına çıxan "Daewoo"  markalı avtomobillə toqquşub. İdarəetməni itirən sürücü daha sonra avtomobili yaşayış evinin darvazasına çırpıb.
 
Baş verən qəzada xəsarət alan olmasa da, hər iki maşına ciddi ziyan dəyib. Qəzadan sonra hər iki sürücü baş verən hadisəyə görə bir-birini günahkar bilib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları gələnə kimi qəzaya səbəb olan Fərid Aslanov hadisə yerindən qaçıb.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az







Xəbərin orijinal ünvanı: http://news.milli.az/incedent/320294.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR