ABŞ konqresmeni 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat verib

ABŞ konqresmeni 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanat verib
09:13 22 Yanvar 2015
103 Ölkə
Ölkə mətbuatı
A- A+


Vaşinqton, 22 yanvar, AzərTAc
ABŞ Konqresindəki Azərbaycan üzrə işçi qrupun həmsədri Bil Şuster 20 Yanvar faciəsinin 25-ci ildönümü ilə bağlı bəyanatla çıxış edib. Konqresmen 1990-cı il yanvarın 20-də 26 min nəfərdən ibarət ağır silahlı sovet hərbi birləşməsinin Bakıda dinc nümayiş keçirən mülki şəxslərə hücum etdiyini, nəticədə yüzlərlə insanın həlak olduğunu və yaralandığını bildirib. B.Şuster bu hadisəni kommunist rejiminin çökməsinin qarşısını almaq üçün SSRİ-yə daxil olan digər respublikalara xəbərdarlıq kimi dəyərləndirib.
Konqresmen 20 Yanvar hadisəsinin Azərbaycan xalqını daha da birləşdirdiyini və proseslərin Azərbaycanın müstəqilliyini elan etməsi ilə nəticələndiyini diqqətə çatdırıb. B.Şuster, həmçinin ABŞ ilə davamlı dostluğa görə Azərbaycan xalqına təşəkkürünü ifadə edib.
Yusif Babanlı
AzərTAc-ın xüsusi müxbiri
Vaşinqton

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/ABS_konqresmeni_20_Yanvar_faciesinin_25_ci_ildonumu_ile_bagli_beyanat_verib-826565

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR