İraq İŞİD-lə mübarizədə Türkiyənin dəstəyinə ümid bəsləyir

İraq İŞİD-lə mübarizədə Türkiyənin dəstəyinə ümid bəsləyir
05:52 26 Dekabr 2014
100 Dünya
Ölkə mətbuatı
A- A+

[ 26 Dekabr 2014 05:29 ]

Bakı-APA. İraqın baş naziri Heydər əl Abadi İŞİD terror qruplaşması ilə mübarizədə Türkiyənin dəstək verəcəyinə ümid bəsləyir.

APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, bu barədə o ötən gün İstanbula səfəri zamanı deyib.

 

“İŞİD tək İraq və Türkiyə üçün deyil, bütövlükdə, bütün bölgə üçün təhlükədir. Əməkdaşlığa böyük zərurət var. Biz məhz bunu Türkiyədən gözləyirik”, deyə əl Abadi qeyd edib.     

 

Onun sözlərinə görə, əməkdaşlıq fəaliyyətin müxtəlif sahələrini əhatə edə bilər: kəşfiyyat xarakterli  məlumatların mübadiləsi, hərbçilərin hazırlanması və təlimi, silah-sursatla təminat və s.  

 

Türkiyənin baş naziri Əhməd Davudoğlu öz növbəsində Türkiyənin İraqa istənilən yardımın göstərilməsinə hazır olduğunu bildirib.  


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/367295

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR