Bakıda qəza törədən sürücü əvvəl maşınla, sonra piyada qaçdı

Bakıda qəza törədən sürücü əvvəl maşınla, sonra piyada qaçdı
06:26 26 Dekabr 2014
116 Digər
Ölkə mətbuatı
A- A+

Bakının Binəqədi rayonunda yol qəzası baş verib, sürücü hadisə yerindən qaçıb. Hadisə Binəqədi rayonu ərazisində, Lökbatan-Xocahəsən yolunda qeydə alınıb. Qəza zamanı Xocahəsən qəsəbəsindən Lökbatan qəsəbəsi istiqamətində hərəkətdə olan “Volkswagen” markalı avtomobilin sürücüsü idarəetməni itirib. Sürətlə hərəkət edən minik avtomobili daha sonra “SHACMAN” markalı yük maşınına çırpılıb.

“Volkswagen”in sürücüsü toqquşmadan sonra maşını saxlamayıb və hərəkəti davam etdirib. Lakin maşının sağ təkəri oxundan çıxıb. Sürücü bundan xəbər tutduqdan sonra avtomobili saxlamaq istəsə də, buna nail ola bilməyib. Nəticədə maşın yolun kənarındakı yarğana düşüb. Sürücü isə deformasiyaya uğrayan avtomobili orada qoyaraq hadisə yerindən qaçıb.

Faktla bağlı hadisə yerində Binəqədi rayon polis idarəsinin əməkdaşları tərəfindən araşdrma başlanılıb. Qəzanın səbəbləri istintaq araşdırmalarından sonra məlum olacaq.

Xəbərin orijinal ünvanı: http://anspress.com/index.php?a=2&lng=az&cid=9&nid=316361

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR