Qarabağda müharibə proqnozu

Qarabağda müharibə proqnozu
10:05 22 Yanvar 2015
624 Digər
Ölkə mətbuatı
A- A+

"2015-ci il Qarabağ münaqişəsi üçün gərgin il olacaq".

Milli.Az xəbər verir ki, bu sözləri Day.Az saytına müsahibəsində "Alte et Certe" analitik agentliyinin rəhbəri Andrey Yepifantsev deyib.

"Qarabağ münaqişəsi ətrafında vəziyyət gərginləşib və bundan artıq gərginləşə bilər. 90% ehtimalla bu il müharibə başlamayacaq. Ancaq daim vəziyyətin gərginləşməsinin şahidi olacağıq. Bunun səbəbləri də aydındır. Dünyada baş verən hadisələrin fonunda Dağlıq Qarabağ probleminin aktuallığının itirilməsi. Ancaq mən əminəm ki, gec, ya tez müharibə başlayacaq", - o əlavə edib.

Politoloq müharibənin 2016-cı ildə baş verəcəyini ehtimal edir.

"Bununla belə yadda saxlamaq lazımdır ki, Bakıya uzun müddətli müharibə imkanı verməyəcəklər. İlk növbədə Azərbaycan neftindən asılı olan Qərb buna imkan verməyəcək. Ancaq Qarabağı qısa müddətli müharibə ilə qaytarmaq olar. Blitsqrik olmasa, uzunmüddətli müharibəyə imkan verməyəcəklər", - o əlavə edib.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/320318.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR