“Təsvirlər quruluşu” - “Yay” Qalereyası almaniyalı rəssam Marqret Ayherin fərdi sərgisini təqdim edir

“Təsvirlər quruluşu” - “Yay” Qalereyası almaniyalı rəssam Marqret Ayherin fərdi sərgisini təqdim edir
10:13 22 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 22 yanvar, AzərTAc
Yanvarın 29-da “Yay” Qalereyası 2015-ci ilin ilk sərgisini - Marqret Ayherin “Təsvirlər quruluşu” adlı fərdi ekspozisiyasını təqdim edəcək.
Qalereyadan AzərTAc-a bildirilib ki, almaniyalı Marqret Ayher qobelen sənəti üzrə ixtisaslaşan konseptual rəssamdır. O, informasiya əsrimizdə geniş yayılmış və hamıya tanış olan təsvirləri barokko obrazları ilə birləşdirən iri qobelenlərin müəllifi kimi məşhurdur. Onun qobelenləri əsasən çap və elektron formatda olan fotojurnalistika və reklam obrazlarını əks etdirir. Həmin əsərlərdə müasir informasiya cəmiyyətimizin nişanələri müxtəlif mənbələrdən götürülmüş obrazların konseptual hala gətirilmiş piratlığı kimi təsvir olunur. Marqret Ayherin əsərləri yalnız ona xas olan tərzdə müasirliklə klassik irsin simbiozunu, sintezini, vəhdətini təqdim edir. Bu cəhət onun qobelenlərini olduqca yerinə düşən edir.
Onun sənətkar mövqeyi heç də yaradan şəxsin deyil, əsərin hədəfi olan şəxsin mövqeyidir. Marqret Ayher hər hansı mədəni və ya siyasi müddəanın təsvirində mövcud obrazlardan istədiyini seçib istifadə edir. Kollaj və montaj təsvirlərinin inkişaf dövrü XX əsrin əvvəllərinə təsadüf etdiyi kimi “iqtibas” da bir mədəni və bədii üsul tək bizə elə o vaxtdan məlumdur. Marqret Ayherin əsərlərində isə bu cür dırnaqarası “piratlıq” rəssamın tənqidi və siyasi mövqeyini təşkil edir.
Rəssam bu sənətin əsaslarına sadiq olduğunu öz qobelenlərində sübut edir. O, mərkəzi kompozisiyanın çərçivəsini ənənəvi olaraq, tarixi simvollardan və məlum semantik rəmzlərdən qurmaqla müəyyən müasirlik əlamətlərini də qobelen üsulları (trafaretlə ) ilə əsərinə daxil edir.
Marqret Ayherin media-qobelenləri ucuz başa gələn, lakin yüksək texnologiyalara söykənən sənaye məhsuludur. Saray qobelenləri sənətinin vətəni sayılan Flandriyanın tekstil müəssisələri böyük fəallıq nümayiş etdirərək, köhnə motivlərin yeni-yeni surətlərini istehsal edib dünya bazarında suvenir kimi satırlar. Rəssam qəsdən ənənəvi və bahalı qobelenləri öz əsərləri ilə əvəz etmək yolunu seçir. Axı ənənələrə qarşı yönəlmiş bu saxtakarlıq bizim zəmanə üçün səciyyəvi olan elə əyləncələri təmsil edir ki, onlar intellektual mülkiyyətin kollektiv istifadəsinə əsaslanıblar.
Sərgi martın 19-dək davam edəcək.


Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Tesvirler_qurulusu___Yay_Qalereyasi_almaniyali_ressam_Marqret_Ayherin_ferdi_sergisini_teqdim_edir-826571

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR